Ever Given

Ever Given gəmisi ECT Delta terminalında, Rotterdam limanı.
Ever Given gəmisi Rotterdam limanında, mart 2020 il

Ever Given — dünyanın ən böyük yük gəmilərindən biridir. Gəmi Shoei Kisen Kaisha-ya məxsusudur və Tayvanın, Taoyuan şəhərində yerləşən konteyner nəqliyyat gəmiçilik şirkəti olan Evergreen Marine tərəfindən idarə olunur.[1]

23 mart 2021 ildə Malayziyanın Tanjung Pelepas limanından Niderlandın Rotterdam şəhərinə səyahət edərkən gəmi Süveyş kanalında dayaz yerdə ilişib qalmış və saya oturmuşdur və bununla da kanalı bağlamışdır. Hərəkətin iflic olunmasına gətirmiş bu tıxac, altı gün davam etdikdən sonra, 29 mart 2021 tarixində gəminin saydan çıxarılması ilə aradan qalxmışdır.[2][3]

  1. "Arxivlənmiş surət". 2020-03-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-04-02.
  2. "Arxivlənmiş surət". 2021-04-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-04-02.
  3. "Arxivlənmiş surət". 2021-03-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-04-02.

From Wikipedia, the free encyclopedia · View on Wikipedia

Developed by Tubidy